Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə sığınacağa yerləşdirilib

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə oğlan sığınacağa yerləşdirilib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü N.M (ad, soyadı şərti) bir neçə gün əvvəl Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, yeniyetmənin anası narkotikə görə həbs edilib, atası isə yoxdur. O, anasının əvvəllər qeyri-rəsmi yaşadığı şəxsin yanında qalıb.

Polis tərəfindən tibbi müayinədən keçərkən onun bədənində yaralar olduğu üzə çıxıb.

Müayinədən sonra sığınacağa yerləşdirilən yeniyetmənin müalicəsi orada davam etdirilir.

Oxşar xəbərlər
OTACI