Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokuror Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə 4 il həbs cəzası istəyib

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prokuror hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı bunu Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Növbəti proses yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.Ələkbərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.

Oxşar xəbərlər
OTACI