Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parkda 6 ağac kökündən çıxarıldı, araşdırma başlanıldı

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi rayonunda “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Press.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub: “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.

Oxşar xəbərlər
OTACI