Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəmalə Ağazadə: "Guya onu işdən qovublar. Uşaq qapaz vuranın qohumudur"

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı edilən şiddətin yayılan görüntüləri müzakirələrə səbəb olub. 

Hadisə İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Azərbaycanda azyaşlı uşağa qarşı vəhşilik edən “tərbiyəçi”nin adı Zülfiyyə Baxışovadır. 

Qeyd edək ki, sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. 

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, şiddət görən uşaq həmin “tərbiyəçi”nin qohumudur:

“Guya onu işdən qovublar. Uşaq qapaz vuranın qohumudur... Hə də, qohum da şikayətçi olmayacaq. Mənə də yazacaqlar ki, sən Allah, məsələni böyütmə!!! Amma böyüdəcəyik! Bir uşağın telinə belə zərər vurulmayacaq!”

Sosial şəbəkələrdə də bildirilib ki, uşağa şiddət göstərən qadın onun valideyninin xalasıdır. Bu səbəbdən valideyn şikayətçi deyil. 

Oxşar xəbərlər
OTACI