Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sülhməramlıların Qarabağdan çıxarılması istiqamətində İLK ADDIM - Bakıdan Moskvaya MESAJ

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qoşunları Qazaxıstana Rusiya göndərdi, baxmayaraq ki, KTMT-nin bayrağı altında göndərildi. Onların Qazaxıstana yeridilməsi ilə bağlı qərarı qəbul edən Rusiya idi. O cümlədən, Qazaxıstanı razı salan, Paşinyana hərbiçilərini göndərmək üçün sifariş göndərən də Rusiya idi".

Press.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Azərbaycan artıq Rusiyanın sülhməramlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarılması istiqamətində ilk addımını atdı:

"Qazaxıstanda əhalinin birdən-birə ayağa qalxması, dövlətə qarşı çıxması keçmiş MDB dövlətləri daxilində Rusiyadan asılı olan dövlətlərin hamısını qorxutdu. Və Putin ikinci Ukrayna hadisələrinin təkrarlanacağından çox ciddi şəkildə narahat oldu. Ona elə gəldi ki, artıq Ukraynada 2014-2015-ci ildən bəri başverən hadislər Qazaxıstanda təkrarlanmağa başlayır. Ona görə də Rusiya ciddi cəhdlə bu hadisələri yatırmağa tələsdi və buna görə də Qazaxıstan höküməti və prezidenti Tokayev Rusiyaya lazımı dəstəyi göstərdi.

KTMT qoşunları Qazaxıstana daxil olanda hər kəs deyirdi ki, təşkilata məxsus bu sülhməramlı qüvvələr vəziyyət tənzimlənənə qədər qalacaq. Bu, deyildiyi kimi 1 ay da çəkə bilər, 3 ay da, 5 ay da. Bəzi siyasi şərhçilər bildirirdilər ki, Rusiya Qazaxıstana girdisə, oradan çıxmayacaq. Ancaq artıq KTMT qoşunlarının Qazaxıstanı tərk etdiyi kadrları görürük, çox qısa müddətdə onlar bu ölkəni tərk etməyə başladılar. Rusiya Qazaxıstanda istədiyinə nail oldumu?"

Qazaxıstandakı gərgin vəziyyət uzunmüddətli stabilləşmədi. Sadəcə insanlar onların qarşısına çıxarılan ordudan ehtiyat edərək müəyyən müddətlik geri çəkildilər. 

Rusiyanın rəhbərlik etdiyi KTMT qoşunlarının belə qısa zamanda Qazaxıstanı tərk etməyə başlaması artıq Azərbaycanı da ruhlandırır. Dünən Prezident İlham Əliyevin yerli telekanalları müsahibəsi zamanı bu məsələ çox aydın şəkildə və düzgün olaraq lazımı səviyyədə izah olundu və Ruisyaya bəzi mesajlar verildi. Baxmayaraq ki, dövlət başçımız Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətindən razılıq ifadə etdi, amma bu razılıq içində Prezident öz lazımı sözlərini də yeritdi və sülhməramlı qüvvələrin Azərbaycanın əleyhinə, səlahiyyətlərindən kənar atdığı addımları bir-bir sadaladı. Bütün bunlar hamısı Rusiya üçün yaxşı formada, bəzədilmiş bir "sürpriz" idi. Rusiya bu açıqlamalardan çox ciddi nəticələr çıxarmalıdır. 

Dövlət başçısının dünənki çıxışından bu qənaətə gəldim ki, Azərbaycan artıq Rusiyanın sülhməramlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarılması istiqamətində ilk addımını atdı. Baxmayaraq ki, bəzi Azərbaycana müxalif olan qüvvələr hesab edirlər ki, Prezident İlham Əliyev sülhməramlı qüvvələrin nadanlığı barədə heçnə demədi, xeyr! Azərbaycan Prezidenti SQ-nin fəaliyyətindən narazılığını tam şəkildə ortalığa qoydu. Bu, bir peşəkar, nəyi necə etməyi çox gözəl bilən uzaqgörən siyasətçi tərəfindən məhz bu cür çatdırılmalı idi. Dövlət başçısı çox incə ismarıclarla Rusiyanın nəzərinə çatdırdı ki, sülhməramlılarla bağl vəziyyət belədir. İlham Əliyevin fransalı prezidentliyə namizədin Qarabağa qanunsuz səfərinə etiraz etməsi bunun çox gözəl sübutudur. 

Bəyanata görə sülhməramlıların Qarabağı tərk etməsi üçün 5 ilin tamamı qısa zaman deyil, amma kontingentin Azərbaycanı tərk etməsini qısa zamanda etmək də mümkün deyil. Ona görə ki, Qazaxıstandakı vəziyyətlə Azərbaycanla Ermənistan arasındakı vəziyyət fərqlidir. Qazaxıstandkı hadisələr ölkənin daxili siyasi münaqişə idi və bu münaqişəni yatırmaq üçün deyilsə də Ruisyanın başında getdiyi qoşunun KTMT bayrağı altında belə olsa Qazaxıstana daxil olması bir çox dövlətlər, siyasətçilər, dövlət başçıları tərəfindən bu ölkənin işğalı kimi qiymətləndirildi. Bu, çox böyük rezonans yaratdı və Rusiyanın oarada qalması yaxın gələcəkdə işğalçı qoşunların Qazaxıstanda qalması kimi qiymətləndirilmək ehtimalı da artırdı. Rusiyanın Qazaxıstanı tərk etməsinin bir səbəbi bu idisə, digər səbəbi: Qazaxıstan prezidenti səhv etdiyini gördü, ölkədə vəziyyətin sabitləşdiyini hiss edən kimi və Rusiya qoşunların Qazaxıstanda qalmasının onun imicinə daha çox ziyan vuracağını anlayınca Tokayev dirəndi və KTMT qoşunlarının Qazaxıstandan çıxmaqdan başqa yolu qalmadı. Baxmayaraq ki, ora gələndə çox başqa məqsədlər üçün gəlmişdilər, amma çox qısa zamanda Qazaxıstanı tərk etmək məcburiyyətində qaldılar.

Amma Azərbaycandakı Rusiya sülhməramlılarının, - KTMT deyil bu, onlar fərqli-fərqli strukturlardır, - Qarabağda yerləşdirilməsi tamam fərqli situasiyadır. Burada erməni faktoru var. Azərbaycanla Ermənistan arasında yerləşən sülhməramlılara münasibət Qazaxıstanda gələn KTMT sülhməramlılara münasibətdən fərqlənir. Bizim üçün çətin olan məsələdə budur ki, biz sülhməramlıların Qarabağı tərk etməsini istəyirik, ermənilər istəmirlər. Proses beləcə də uzun müddət davam edəcək. Amma düşünürəm ki, Prezident İlham Əliyev Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı dediyi "Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz" ifadələri fransa və digər dünya dövlətləri üçün bir siqnal idi. Prezidentin qeyd etdiyi bu cür tədbirlər Azərbaycanın Qarabağın dağlıq hissəsində daha möhkmlənməsi istiqamətində atdığı addımlardan biri olacaq.

Düşünürəm ki, baxmayaraq ki, Qazaxıstanda və Azərbaycandakı stiuasiya fərqlidir, amma artıq Azərbaycan dövləti hiss edir ki, oradakı proseslər onun leyhinə işləməyə başlayıb. Dövlət başçısı dünənki çıxışı ilə sülhməramlı qüvvələrin Azərbaycandan çıxarılması ilk addımı atdı. Bundan sonra şahidi olacağıq ki, bu istiqamətdə müxtəlif açıqlamalar səsləndiriləcək, nəbz yoxlaması geniş vüsət alacaq.

İlham Əliyev müsahibəsində dəhliz məsələsini ona görə çox qabartdı ki, kommunikasiyaların açılması dövlətlər arasında və insanlar arasında münasibətlərin yumşalmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə iki sərhəd arasında münaqişənin zəifləməsinə, belə olacağı təqdirdə sülhməramlıların bölgəni tərk etməsinə səbəb yaradacaq".

Oxşar xəbərlər
OTACI