Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Komitə də yayılan görüntülərə münasibət bildirdi

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırmalar aparır və araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Oxşar xəbərlər
OTACI