Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bağçada tərbiyəçidən körpəyə qarşı vəhşilik - Video

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə uşaq bağçalarının birində körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

Bağçada tərbiyəçi qadın uşağın çörəyi ağzında saxlamasını istəyir, bunu etməyən uşağın başına şillə vurur.

Körpəyə qarşı şiddəti əks etditən görüntülər sosial şəbəkələrdə geniş müzakirə və sərt tənqid olunur.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntüdən xəbərdardırlar:

“Məsələ barədə araşdırma aparılır”.

***

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib ki, ona hadisənin İsmayıllıdakı bağçalardan birində qeydə alınmasına dair məlumat daxil olub.

 

Oxşar xəbərlər
OTACI