Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstan paytaxtının yenidən Astana adlanması üçün imza toplanılır

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanda ölkənin paytaxtı Nur-Sultan şəhərinin adının yenidən Astanaya dəyişdirilməsi üçün imza toplamağa başlayıb.

Press.az xəbər verir ki, nu barədə "KazTAG" məlumat yayıb.

Müvafiq petisiya internetdə yayılıb. Onun müəllifləri bildirirlər ki, paytaxtın yeni adı Nur-Sultan  insanlar tərəfindən mənfi qarşılanır, sakinlər gündəlik həyatda əvvəlki addan istifadə edirlər.

Müraciətdə deyilir: “Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidenti, hökuməti və ölkə parlamentindən keçmiş adın paytaxta qaytarılmasını xahiş edirik”.

Müəlliflər, həmçinin, Qazaxıstanın bütün şəhərlərində küçələrin keçmiş prezidenti Nursultan Nazarbayevin adının dəyişdirilməsini, onlara “ölkənin dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini təklif edirlər.

Oxşar xəbərlər
OTACI