Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Yaponiya İKT sahəsində perspektiv əməkdaşlığı müzakirə ediblər

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında keçirilən onlayn görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə press.az Nazirliyə istinadən xəbər verir.

Eyni zamanda Azərbaycan və Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) çərçivəsində əməkdaşlıq imkanları barədə danışılıb.

Həmçinin BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Onoe Seizonun təşkilatın Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə, Azərbaycanın isə BTİ Şurasına və Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Oxşar xəbərlər
OTACI