İşğaldan azad olunan Suqovuşan qəsəbəsi ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.
Press.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
O bildirib ki, axtarışlar zamanı tapılan cəsəd Ermənistana təhvil verilib.