Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KİV nümayəndələri Şəki Reabilitasiya Mərkəzində olublar - FOTOLAR

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir reabilitasiya müəssisəsində - Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə KİV nümayəndələrinin tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil edilib.

Qeyd olunub ki, ötən il ümumilikdə, Agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki,  onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 

Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Şəki Reabilitasiya Mərkəzində  limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya, amplipuls, fonoforez, qısa dalğa diotermiya, UVÇ, zərbədalğa terapiya, elektroforez, müalicəvi masaj, hidromasaj, traksiya, müalicəvi bədən tərbiyəsi terapiyası və digər prosedurlar həyata keçirilir.  Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur. Ötən il Mərkəzdə əlilliyi olan 500-dən çox şəxsə ambulator və stasionar şəkildə reabilitasiya xidmətləri göstərilib.

Postmüharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habelə şəhid ailəsi üzvlərindən ibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Oxşar xəbərlər
OTACI