Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllıda dəhşətli hadisə: 79 yaşlı qadın evdə yanaraq dünyasını dəyişdi

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı rayonunda 79 yaşlı qadın evdə yanaraq ölüb.

Press.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər
OTACI