Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bütün çəkiliş qrupu ağlayır, mən gülməkdən dayana bilmirəm" - Elməddin Cəfərov

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aktyor Elməddin Cəfərov türk rejissorları məyus etdiyini açıqlayıb.

Press.az xəbər verir ki, sənətçi Türkiyədə dram janrında filmə dəvət alsa da, obrazın öhdəsindən gələ bilməyib. Bu haqda telekanallardan birinə danışan Elməddin, başına gələn hadisəni belə açıqlayıb:

"Komediyada böyük möhr vurmamışam ki, drama keçim. Belə bir iddiam yoxdur. Əvvəl başıma bunla bağlı iş gəlib. Türk rejissorlar məni dram janrında filmə çəkmək istədilər. Kimsə onu aldadıb ki, Elməddin əjdahadır. Başa sala bilmirəm ki, məni gözünüzdə çox böyütmüsüz, gözləməyin. Ssenaridə hamı məni atır, tək qalıram. Bütün çəkiliş komandasını sakitləşdiriblər, mən ağlamalıyam. Axı ağlaya bilmirəm. Musiqi verdilər, nə etdilər ağalaya bilmədim. Rejissor dedi ki, pis nəsə düşün.

Musiqi gedir "Sənə qurban"... Yadıma salıram dünyasını dəyişənlərimi, nənəm. Deyirəm 84 yaşında ölüb, niyə ağlayım? Düşünürəm, əziyyət çəkmişəm, beynimdə deyirəm, evin var, şükür et. Fikirləşirəm ki, nələr yaşamışam, sonra özümə deyirəm, ay Elməddin, maşının var, niyə ağlayasan? Məkana verilən vaxt bitdi, getdilər başqa məkana. Rejissorun məndən zəhləsi gedirdi. Axırda köməkçilər gəldi ki, dərman vurun gözünə. Eləcə gözümdən su gəldi, çəkiliş edildi.

Başqa bir yerdə ssenaridə oğlum xəstədir, böyrəyimi verirəm, sağ qalır. Ataya da nifrət edir. Sonda oğul gəlir atanı qucaqlayır ki, bağışla. Bütün çəkiliş qrupu ağlayır. Mənim qıdığım gəlir, gülməkdən dayana bilmirəm".

Oxşar xəbərlər
OTACI