Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto qoya bilməz” - Stoltenberq

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya Ukraynanın alyansa daxil olmasına veto qoya bilməz və NATO müttəfiqləri Kiyevi dəstəkləməyə hazırdırlar”.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. 

“Bütün üzvlər əsas prinsipdə razılaşırlar: hər bir dövlət öz yolunu seçmək hüququna malikdir... Müttəfiqlər həmçinin razılaşırlar ki, yalnız Ukrayna və alyansdakı 30 müttəfiq Ukraynanın NATO-ya nə vaxt üzv olmağa hazır olduğuna qərar verə bilər, başqa heç kim. Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto qoya bilməz”, - Stoltenberq çərşənbə günü Brüsseldə NATO-Rusiya Şurasının iclasının yekununda bildirib.

O əlavə edib ki, NATO Kiyevi NATO-ya üzvlük yolunda dəstəkləməyə, həmçinin silahlı qüvvələrinin islahatlarına və modernləşdirilməsinə kömək etməyə hazırdır.

Oxşar xəbərlər
OTACI