Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Parklama işində aya 300 min manat dövriyyə edir”- Nə vergi ödəyirlər, nə də...

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxt  Bakının küçələrində sürücülərin tez-tez rast gəldiyi hallardan biri də parklama ilə bağlı qanunsuz ödənişlərin tələb olunmasıdır. Bu kimi əməliyyatlar özlərini “parkovşik” adlandıran şəxslər  tərəfindən həyata keçirilir. Maşını park edərkən, özlərini "parkovşik" adlandıran şəxslər bu xidmətə görə pul tələb edirlər. Bəzi sürücülər isə “Bu dəstələrin başında kimin durur?

Yığılan pullar kimin cibinə gedir?” kimi haqlı sullar ünvanlayırlar. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a  bildirdi ki, hazırda parklama ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın digər ərazilərində xaotik vəziyyət hökm sürməkdədir: “Çünki birincisi, küçələr boydan-boya  “dayanmaq qadağandır” nişanları ilə “bəzənib”.  İnsanlar artıq parklanma üçün  normal yer tapanda sevinirlər. İkinci problem isə qanunsuz olaraq vətəndaşlardan pul tələb olunmasıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılıb. Bakı Nəqliyyat Agentliyi açıqlama verib ki, hazırda tariflər müəyyən edilmədiyi üçün parklama ödənişsizdir”.

Ekspert qanunsuz ödnişləri tələb edən insan və qurumlardan söz açıb:  “Bəzi işbazlar, xüsusilə də “ASA parkinq” , “Çinar parkinq" MMC kimi qurumlar və özünü Qarabağ əlili kimi təqdim edən şəxslər parkinq ərazilərində qanunsuz pul yığımı ilə məşğul olurlar. Bakı şəhərində təxminən 600-ə yaxın belə parkinq yerləri var. Bunların hər birindən gündə 10-15 manat, bəzən daha çox pul yığırlar. Mənim hesablamalarıma əsasən, ay ərzində ümumi 300 min manata yaxın qanunsuz və heç bir vergisi olmadan pul dövriyyə edir.

“Çinar MMC” keçmiş polis rəisi Nizami Qocayeva məxsusdur. Bələdiyyə kağızı ilə iş görür və öz açıqlamasına əsasən, qanuni işləyir. Bələdiyyənin burada hansı səlahiyyəti olduğu, hansı ixtiyarla parklanma üçün sərəncam verdiyi müəammalı məsələdir.  BNA-nın və Yol Polisinin səlahiyyətində olan məsələyə bələdiyyə müdaxilə edir. Bunu araşdırmaq lazımdır. “ASA parkinq”  Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avto-nəqliyyat idarəsinin keçmiş işçilərindən bu işdə istifadə edir. Əvvəllər parklanmaya onlar nəzarət edirdi. Bu qurumun  səlahiyyəti əlindən alınıb BNA-ya verildikdən sonra, buradakı əməkdaşların əksəriyyəti “ASA parkinq”in nəzarətinə keçib.  Onlar parklanma yerlərindəki yaranmış boşluqdan istifadə edib, pul qazanırlar” .

E.Muradlı hansı qurumların burada söz sahibi ola biləcəyinə də toxunub: “Beləliklə qəribə bir mənzərə yaranır. Hətta sürücüləri cərimə yazmaqla hədələyirlər. Bununla bağlı BNA mülki bir təşkilat olduğuna görə, heç bir iş görə bilmir. Polisin müdaxiləsi lazımdır. Eyni zamanda, daxili işlər orqanları, prokurorluq orqanları, vergi xidmətləri müdaxilə edə bilər. Bu sahədə qayda-qanun yaratmağa ehtiyac var. Nazirlər kabinetinin parklanma ilə bağlı tarifləri müəyyənlədirəcək. Düşünürəm ki, bugünkü reallıqları nəzərə alaraq dövlət parklanma qiymətlərini normal şəraitdə və müəyyən şərtlər daxilində  açıqlamalıdır”.

Oxşar xəbərlər
OTACI