Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çox sarımsaq yemək bu xəstəliklərə səbəb olur - Bilmədiyiniz 5 zərəri

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sarımsaq həm qida, həm dərmandır. Amma onun faydasına gözuyumlu inanıb, gündəlik sarımsaq dozasını o qədər aşırlar ki, faydasından çox zərərini görürlər. Adi su da çox içiləndə zərərli olduğu kimi, sarımsağın da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var.

Press.az sarımsağın bilmədiyiniz 5 zərərini təqdim edir. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək bu fəsadları törədə bilər.

1. Qaraciyəri zəhərləyər

Bu orqan qanı təmizləyir, yağ və zülal mübadiləsini tənzimləyir, həzm proseslərində iştirak edir.

Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki təsir edir.

2. Diareyası olanlara olmaz

Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq, Kron, kolit xəstəliklərində və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiz.

3. Ürəkbulanma və mədə yanması verir

Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə ürəkbulanma, mədə yanması, reflüks, hətta qusma ola bilər. Sarımsaq qastroezifagit reflü xəstəliyi olanlara əks göstərişdir.

4. Nəfəsi korlayır

Bu da sarımsaqda olan kükürd maddəsinə görədir.

5. Qanaxmanı artıra bilər

Sarımsaq təbii qan durulaşdırıcıdır, ona görə laxtalanma problemi olan, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar çiy sarımsaqdan uzaq dursa yaxşıdır.

Mütəxəssislər gün ərzində 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər. Sarımsağı qida ilə birlikdə, yeməklərə, salatlara əlavə edib yemək lazımdır. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya əzin. Bu onun faydalı xüsusiyyətlərini daha da artırır.

(medicina.az)

Oxşar xəbərlər
OTACI