Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin beşinci nəsil qırıcısı: az qaldı...

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beşinci nəsil Türkiyə istehsalı qırıcısı 2023-cü ildə anqardan çıxacaq.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinə Dəstək Fondunun baş direktoru Sadıq Piyade deyib.

Onun sözlərinə görə, təyyarənin istehsalı üzrə işlər sürətləndirilmiş templə davam edir.

O qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi fond Kiprdəki sülhməramlı əməliyyatdan sonra Türkiyənin öz silahlarını istehsal etməsinə imkan yaratmaq məqsədi ilə yaradılıb.

Fondun baş direktoru bildirib ki, dövlət başçısı qırıcı üzərində işlərin 2023-cü ilin sonuna qədər başa çatdırılması barədə göstəriş verib.

S.Piyadenin sözlərinə görə, qırıcı öz analoqlarından fərqlənir: o, radarlarda göstərilmir, uzun müddət havada qalır və bütün keyfiyyətlərinə görə F-16 və F-35 qırıcılarını üstələyir.

Qırıcı tamamilə daxili imkanlar hesabına istehsal olunacaq.

Oxşar xəbərlər
OTACI