Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan Müdafiə Nazirliyi itkilərini ETİRAF ETDİ

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Azərbaycanla sərhəddə təxribatı iki erməni hərbçinin ölümünə səbəb olub.

Press.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bundan əlavə, iki erməni hərbiçi də yaralanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Oxşar xəbərlər
OTACI