Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Legiya" azarkeşləri Mahir Emrelini hədələyirlər

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin futbolçusu Mahir Emreli hələ də Polşa "Legiya"sının azarkeşlərinin təhdidinə məruz qalır.

Press.az xəbər verir ki, bu barədə  hücumçunun vəkili Anıl Dinçer məlumat verib.

Onun sözlərinə görə, fanatlar sosial şəbəkələr vasitəsilə forvardı hədələyirlər: "Bu gün özü ilə bu barədə danışdıq. Yazırlar ki, Polşaya gələndə gününü görəcəksən".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI