Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda şəkər xəstələri üçün dərman istehsalına başlanıldı

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.

Press.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib:

“Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.

Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, “R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Beynəlxalq GMP standartları əczaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. “R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir”.

Oxşar xəbərlər
OTACI