Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilərin 5 nəfərədək itkisi var - Şəhidimizin qisası alındı

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.  Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Press.az xəbər verir ki, Caliber.az Kəlbəcərdəki gərginliyin bəzi detallarını açıqlayıb.

Məlumata görə, atışma zamanı postlar arasında məsafə 50 metr olub və hərbçimiz snayperdən açılan atəşlə həlak olub.

Bundan sonra Azərbaycan Ordusu cavab atəşi açıb. Erməni postu məhv edilib. Düşmənin elə həmin postda 3 nəfərdən 5 nəfərədək itkisi olub. Ermənilər yaralıları tərk edərək qaçıblar.

Oxşar xəbərlər
OTACI