Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN-dən Ermənistanın bugünkü təxribatı ilə bağlı AÇIQLAMA

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

Press.az-ın xəbərinə görə, bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub:

“Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah Şəhidimizə rəhmət eləsin!”

Oxşar xəbərlər
OTACI