Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.

Press.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Burak Elmas açıqlama verib.

O, ispaniyalı məşqçi Domenek Torrenlə anlaşdıqlarını bildirib. Klub rəhbərinin sözlərinə görə, 60 yaşlı mütəxəssisi əvvəlcə Fatih Terimin köməkçisi kimi gətirmək istəyiblər. Ancaq sonradan Torrenin komandanı çalışdırmasına qərar verilib.

Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI