Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda əlillik və sosial ödənişlər təyin olunan şəxslərin sayı açıqlanıb

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, ötən il əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən 2 dəfədən də çox olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunmasının daim diqqətdə saxlandığını qeyd edib. O, həmçinin Vətən müharibəsinda yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı ilə yanaşıldığını, eləcə də son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Vətən müharibəsinda yaralanmış hərbçilərdən artıq 2515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Agentliyin reabilitasiya müəssisələrində ötən il 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

İclasda yaxın vaxtlarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyi qeyd edilib. Əlilliyin qiymətləndirilməsi işində operativliyin və şəffaflığın artırılması, əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq, bu sahədə praktiki təlim proqramının hazırlanması işlərindən bəhs olunub.

Reabilitasiya xidmətlərində tibbi modeldən biopsixososial modelə keçidin təmini, bu xidmətlərin əlçatanlığının və əhatə dairəsinin artırılması, səyyar reabilitasiya xidmətlərinin təşkili, kadr potensialının gücləndirilməsi, əlillik və reabilitasiya sahəsində rəqəmsallaşmanın geniş tətbiqi və s. istiqamətlərdə aparılan işlər müzakirə olunub.

Oxşar xəbərlər
OTACI