Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

EHİM: "Layihələrimiz sayəsində 40 mln manat dövlət vəsaitinə qənaət edilib"

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) yaratdığı milli resurslar, mərkəzləşdirilmiş və depozitar həllər, aparılan texniki optimallaşdırma işləri, habelə dövlət-özəl tərəfdaşlığı layihələri sayəsində 40 milyon manatdan çox dövlət vəsaitinə qənaət edilib.

Bu barədə Mərkəzin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, EHİM bundan sonra da yeni rəqəmsal hökumət həllərinin yaradılmasını və əlavə 50 milyon manatdan çox dövlət vəsaitinə qənaət edilməsini planlaşdırır.

Xatırladaq ki, EHİM Prezident İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən 2018-ci ildə yaradılıb. Qurum strateji əhəmiyyət kəsb edən bir çox rəqəmsal hökumət həllərinin ərsəyə gətirilməsini təmin edib. “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, COVID-19 pasportunun operativ yoxlanılmasını təmin edən “CheckApp” mobil tətbiqi, “Rəqəmsal icra hakimiyyəti” portalı, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Finans”, “İcazələrin alınması və monitorinqi sistemi” və digər layihələr EHİM tərəfindən yaradılıb və hazırda uğurla idarə olunur.

EHİM öz fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi olaraq hesabatlar, o cümlədən maliyyə hesabatları təqdim edir. "Mühasibat uçotu haqqında" qanuna əsasən, hesabatlar beynəlxalq standartlara (IFRS) uyğun şəkildə tərtib edilir, mühasibat uçotu müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparılır, auditor rəyi ilə birlikdə rəsmi internet səhifələrində və yaxud mətbu orqanında dərc edilir.

Strateji dövlət əhəmiyyəti kəsb edən layihələrin icrasını həyata keçirmək üçün hər il dövlət büdcəsindən EHİM-ə büdcə vəsaiti ayrılır. Qeyd olunan büdcə vəsaiti "Mühasibat uçotu haqqında" qanunun tələbinə uyğun olaraq Mərkəzin qəbul etdiyi və tərtib etdiyi IFRS-ə əsasən gəlir kimi tanınmır, dövlət büdcəsi tərəfindən kapital qoyuluşu kimi uçota alınır. Bununla yanaşı, EHİM öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən hər ay ƏDV (Əlavə Dəyər Vergisi) və illik mənfəət vergisi ödəyir.

Oxşar xəbərlər
OTACI