Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 39 əcnəbi aşkarlanıb

11 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanaraq qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə press.az muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dekabrda Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 462 müraciət daxil olub. Оnlardan 205-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılaraq, müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər
OTACI