Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lavrov çinli həmkarı ilə Qazaxıstanı müzakirə etdi

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı baş tutub.

Press.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov çinli həmkarı ilə Qazaxıstanda baş verənləri dəyərləndirib

Lavrov və Vanq Qazaxıstan administrasiyasının ölkədə konstitusiya quruluşunu bərpa etmək səylərinə güclü dəstək veriblər.

Görüşdə Qazaxıstanda baş verən hadisələrdə xarici güclərin təsirindən narahatlıq ifadə olunub və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təhdidlərə qarşı vaxtında və mütənasib addımlar atdığı qeyd edilib.

Görüşdə Lavrov Rusiyanın ABŞ ilə Cenevrədə başlayan və NATO ilə də baş tutacaq təhlükəsizlik danışıqları barədə Vanqı məlumatlandırıb.

Oxşar xəbərlər
OTACI