Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantini pozan şadlıq sarayının rəhbərliyi cərimələndi

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllıda pandemiya dövrünün tələblərini pozan restoran rəhbərliyi məsuliyyətə cəlb olunub.

Bu barədə Press.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentik əməkdaşları tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Azad Gülməmməd oğluna məxsus "Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Yoxlama zamanı müvafiq portalda (icaze.e-gov.az) qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi müəyyən olunub.

Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Oxşar xəbərlər
OTACI