Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin: Qazaxıstanda "Maydan texnologiyası"ndan istifadə edilib

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda iğtişaşlar zamanı "Maydan texnologiyaları"ndan, o cümlədən informasiya dəstəyindən istifadə edildiyini bildirib.

Press.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında danışıb.

O əlavə edib ki, ölkədə iğtişaş törədən şəxslər xarici ölkələrdə terror düşərgələrində təlim keçiblər: “Prezident Tokayevin indicə dediyi kimi, yaxşı təşkil olunmuş və yaxşı idarə olunan yaraqlı qruplarından istifadə edilib".

Eyni zamanda o, ölkənin dövlətçiliyə birbaşa təhlükə ilə üz-üzə qaldığını, təcavüzə dərhal cavab verilməsinin vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, qurum qısa zamanda lazımi tədbirləri görməyə nail olub.

Oxşar xəbərlər
OTACI