Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 5 marşrut xəttinin hərəkət sxemi dəyişib

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 5 marşrut xətinin hərəkət sxemində dəyişiklik olunub.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev prospekti və Babək prospektlərindən keçməklə təşkil edilib.

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.

33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.

Bundna başqa, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.

Oxşar xəbərlər
OTACI