Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

18 min manat dəyərində yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqları oğurlayan şəxs saxlanılıb - VİDEO

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.

Bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.

Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI