Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar

10 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaşıl çaydan istifadə etmək, dünyada əsas ölüm səbəblərindən biri olan ürək-damar xəstəliklərindən qorunmağa və bununla da ömrü uzatmağa kömək edir.

“Report” xəbər verir ki, bu barədə “Mirror” Çin alimlərinin araşdırmasına istinadən yazıb.

Təcrübədə xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib. Subyektlər iki qrupa bölünüb: bəziləri həftədə ən azı üç dəfə çay içib, bəziləri isə yox.

Yeddi illik araşdırma göstərdi ki, birinci qrupdakı insanların infarkt və ya insultdan ölmə riski 20% azalıb, eynilə bu cür diaqnozların qoyulma ehtimalı kimi. Bundan əlavə, digər səbəblərdən ölüm riski də 15% azalıb.

Həmçinin məlum olub ki, mütəmadi olaraq çay içən eksperimentdə iştirak edən 50 yaşlı iştirakçılarda ürək-damar xəstəlikləri bu içkini içməyənlərə nisbətən demək olar ki, il yarım gec yaranıb. Həmçinin, tədqiqat müəllifləri çayı südlə içməməyə çağırıblar - bu, içkinin potensial müsbət təsirlərini məhv edir.

Oxşar xəbərlər
OTACI