Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Nargin adasındakı əsir türklər azərbaycanlıların sayəsində..." - Hulusi Akar

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanla "iki dövlət, bir millət" anlayışı ilə birlikdə olmağa davam edəcəyik".

Press.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar "Sarıqamış şəhidləri"nin xatirəsinə həsr olunan mərasimdə çıxışı zamanı deyib.

"Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala, həyata tutuna bildilər. Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da "iki dövlət, bir millət" anlayışı ilə kədərdə, sevincdə bərabər, birlikdə olmağa davam edəcəyik",-  H.Akar qeyd edib.

Oxşar xəbərlər
OTACI