Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Texniki Universitetinin(AzTU) rektoru, professor Vilayət Vəliyev “İlin ən fəal rektoru” mükafatı ilə təltif edilib. Mükafatı rektora Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı təqdim edib.
Baş redaktor bildirib ki, V.Vəliyev bu mükafata portalda 2021-ci ilin yekunları ilə bağlı keçirilən virtual sorğunun qaliblərindən olduğu üçün layiq görülüb.
Rektor Vilayət Vəliyev mükafata görə təşəkkür edərək, bundan sonra da daima AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi üçün fəaliyyət göstərəcəklərini qeyd edib.
Xatırladaq ki, Editor.az İnformasiya Portalında keçirilən virtual sorğuda iştirak edən respondentlər 2021-ci il ərzində rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən üç ali təhsil müəssisəsi rektorunu “İlin ən fəal rektoru” seçiblər.

Oxşar xəbərlər
OTACI