Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KTMT qüvvələrinin Qazaxıstanda nə qədər qalacağı bilindi

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

Press.az bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

Onun sözlərinə görə, Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev sosial etirazlar fonunda ölkədə baş verən iğtişaşları yatırmaq məqsədi ilə KTMT qüvvələrini ölkəyə dəvət edib.

Oxşar xəbərlər
OTACI