Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KTMT-nin əməliyyat qrupu Qazaxıstana göndərildi

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib.

Press.az xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Birgə Qərargahından bildirilib.

"KTMT-yə üzv dövlətlərin müdafiə qurumları ilə qarşılıqlı fəaliyyəti, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin formalaşdırılması və yerləşdirilməsini, KTMT orqanlarının qərarlarının icrasına nəzarəti, habelə operativ, inzibati və maddi-texniki təminat üzrə qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün KTMT Birləşmiş Qərargah rəisinin müavininin başçılığı ilə əməliyyat qrupu Qazaxıstan Respublikasına göndərilib".

Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin 24-saatlıq iş rejimi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.

Oxşar xəbərlər
OTACI