Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hollandiyadan gətirilən təkərli oturacaqlar Salyanda daha 3 qazimizə verildi - FOTO

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qürbətdən Qarabağa” devizi ilə Hollandiyadan qazilərimiz üçün gətirilən təkərli oturacaqları bu gün Salyanda yaşayan daha 3 qazimizə təqdim edilib.

Press.az bildirir ki, Hollandiya - Azərbaycan türk mədəniyyət dərnəyinin sədri İlhan Aşkının rəhbərliyi, Azərbaycanlıların və digər Türk  Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai birliyinin sədri İlham İsmayılovun dəstəyi ilə baş tutan aksiyada Qarabağ qazilərimiz motorlu təkərli oturacaq ilə təmin edilib.

İlhan Aşkının iştirakı ilə təkərli oturacaq verilən qazilərimiz Şahin Musaxan oğlu Cəfərov, Dünyamalıyev Vəli Ağacan oğlu və Əliyev Vüqar Vilayət oğludur.

Onu da bildirək ki, təkərli oturacaq verilən hər 3 qazi dövlət tərəfindən mənzillə də təmin edilib.

Təkərli oturacaqların təqdimatı zamanı İlham İsmayılov çıxış edərək başda İlhan Aşkın olmaqla Niderland-Azərbaycan türk mədəniyyət dərnəyinin rəhbərliyinə, bu işdə əziyyət çəkən hər kəsə təşəkkür edib. Qazilərə göstərilən diqqət və qayğıya görə əməyi keçənlərə xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, yanvarın 4-də Niderland-Azərbaycan türk mədəniyyət dərnəyi tərəfindən Azərbaycana gətirilən 100 ədəd motorlu təkərli oturacağın 30 ədədi Bakıda həm I Qarabağ müharibəsi, həm də Vətən müharibəsi qazilərinə paylanılıb. Daha 3 ədəd təkərli oturacaqların bu yaxınlarda Ağstafada yaşayan qazilərimizə veriləcəyi qeyd edilib.

(qazilər.az)

Oxşar xəbərlər
OTACI