Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qazaxıstan da öz qoşununu Ermənistana göndərəcək" – Erməni ekspertdən iddia

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Nikolun Qazaxıstana niyə qoşun yeritdiyini demək olar açıq mətnlə etiraf edib ki, sabah və ya ertəsi gün Nikol hökumətinə hansısa bir təhlükə yaransa, Qazaxıstan öz qoşununu Ermənistana göndərəcək".

Press.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan "Facebook" səhifəsində yazıb.

Onun iddiasına görə, Ermənistan gələcəkdə belə bir vəziyyətə düşsə, müvafiq yardımı alacaq:

"Biz ilk dəfə KTMT mexanizmlərindən istifadə etdik, onların necə işləməli olduğunu göstərdik. Ümid edirik ki, gələcəkdə Ermənistan belə vəziyyətə düşərsə, müvafiq yardımı alacaq". "Azadlıq radiosu"nun saytından daha geniş sitat: "İncimiş gənc kimi deməməliyik ki, siz bunu etməmisiniz, biz də etməyəcəyik. Biz məsuliyyəti öz üzərimizə götürdük, tarixdə ilk dəfə KTMT mexanizmlərindən istifadə etdik, bunun necə işləməli olduğunu göstərdik. Ümid edirik ki, Ermənistan gələcəkdə belə bir vəziyyətə düşsə, müvafiq yardımı alacaq". P.S. Bu qeydi söyüşsüz olaraq etmək təsvirolunmaz dərəcədə ağır idi".

Oxşar xəbərlər
OTACI