Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaydaları pozan sürücülər cərimələndi - FOTOLAR

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzda hərəkət təhlükəsizliyinin pozulması ilə bağlı 20-yə yaxın protokol tərtib edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Xəbərdarlıqlara rəğmən keçidlərdən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar və piyadalara yol verməyən sürücülər barəsində protokol tərtib olunub.

Oxşar xəbərlər
OTACI