Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Berdiməhəmmədovdan ƏMR: "Cəhənnəm qapıları"nı söndürün!

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında “Cəhənnəm qapıları” kimi tanınan qaz kraterini söndürmək üçün üsul tapılması barədə göstəriş verib.

Press.az Türkmənistan mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin videoformatda keçirilən iclasında dövlət başçısı Baş nazirin müavini, neft-qaz kompleksinə rəhbərlik edən Şaxım Abrahmanova müvafiq tapşırıq verib. Berdiməhəmmədov qeyd edib ki, həmin bölgədə uzun illərdir təbii qaz yanır ki, bu da ətraf mühitə və yerli əhalinin sağlamlığına ziyan vurur.

Bundan əlavə, Türkmənistan liderinin vurğuladığı kimi, ölkə xaricə satıla bilən qiymətli xammalı, vətəndaşların rifahının yüksəldilməsinə sərf olunacaq pulları itirir.

Bununla bağlı Berdıməhəmmədov elmi müzakirələrin təşkili, lazım gələrsə, qaz krater probleminin həlli üçün xarici mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.

Oxşar xəbərlər
OTACI