Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyətimizə AĞIR İTKİ: Əməkdar artist vəfat etdi - FOTO

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Novruz Qartal bu gün vəfat edib.

Press.az xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov məlumat paylaşıb.

Xatırladaq ki, aktyor bir müddət öncə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilərək əməliyyat olunmuşdu.

Qeyd edək ki, Novruz Qartal 1947-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib, buna görə tamaşaçıların dərin rəğbətini qazanıb.

2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər
OTACI