Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda oğurlanan 2 yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı - VİDEO

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

Press.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI