Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, hadisə bu gün Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Rayon sakini Tərlan Nuriyev "Ford Tranzit" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1957-ci il təvəllüdlü Qasımov Zabit Məmmədhüseyn oğlunu vurub. Xəsarət alan şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Zabit Qasımov xəstəxanada dünyasını dəyişib. Hadisə yerindən gedən avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

(apa)

Oxşar xəbərlər
OTACI