Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təlimlərdə qənimət götürülən texnikalardan istifadə edildi - VİDEO

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib.

Press.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.

Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.

Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.

 

Oxşar xəbərlər
OTACI