Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir federasiyaların rəhbər şəxsləri ilə iclas keçirdi

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvarın 8-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib.

Press.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov yığıncağın gündəliyinə əsasən, federasiya rəsmiləri və mütəxəssislərin qaldırdıqları problemləri və təkliflərini dinləyib, onların qarşıdakı iş planları, proqramları ilə maraqlanıb.

Tədbirdə Tokio 2020-yə hazırlıq prosesinin və nəticələrin təhlili; Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq planları; federasiyaların strateji inkişaf planının hazırlanması; İstiqamətlər üzrə inkişaf proqramlarının hazırlanması; idman növləri üzrə milli komandaların hazırlığı və yarışlarda iştirakı; maddi-texniki bazadan səmərəli istifadə; federasiyaların beynəlxalq əlaqələri, maliyyə, marketinq fəaliyyəti, sponsorların cəlb olunması; federasiyalarda mətbuat xidməti işinin təkmilləşdirilməsi; federasiyaların akkreditasiyası və digər məsələlər müzakirə edilib.

Tədbirin sonunda Fərid Qayıbov səslənən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və federasiyaların iştirakı ilə belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI