Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda “omikron” ştamı qeydə alınıb? - AÇIQLAMA

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı qeydə alınmayıb. Burada həyata keçirilmiş qabaqlayıcı tədbirlərin rolu böyükdür.

Press.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdən gələnlər Azərbaycana yalnız test nəticələrində COVID-19-a yoluxmadıqları təsdiq edildiyi halda daxil olurlar.

"Bu, “omikron” ştamının ölkəyə gəlməməsi üçün çox əhəmiyyətlidir. İstənilən halda, Azərbaycanda tibbi personal koronavirus infeksiyasının müalicəsində artıq peşəkarlaşıb. Tibb müəssisələri bu istiqamətdə professional xidmət göstərə bilir”.

Oxşar xəbərlər
OTACI