“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb.
Press.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq.