Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AzTV-də polis ATƏŞ AÇDI: Ölən var

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Press.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.

Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI