Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Quqeşaşvili və Andradenin ilə kifayətlənmək istəmirik" - Qurban Qurbanov

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sportinfo TV"nin “Youtube” kanalına açıqlama verib.

Press.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı “Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili və “Çerno More”nin yarımmüdafiəçisi Leandro Andrade ilə anlaşdıqlarını təsdiqləyib. Qurbanov transfer çalışmalarının davam etdiyini vurğulayıb:

““Transfer məsələləri həmişə çətin başa gəlir, xüsusən də qış fasiləsi zamanı. Quqeşaşvili və Andradenin gəlişi ilə kifayətlənmək istəmirik. Danışıq apardığımız başqa legionerlər də var. Sadəcə, bu elə məsələdir ki, futbolçu bura gəlib çıxana, tibbi baxışdan keçənə kimi əminliklə danışmaq olmur. Gərək müqavilə sənədinə atılan imzanın mürəkkəbinin qurumasını gözləyəsən”.

Qurbanov əlavə edib ki, əcnəbi futbolçuları Azərbaycana gətirmək çətindir: “Səbəblər və problemlər çoxdur. Futbolçunun özü və klubu irəli sürdüyümüz şərtlərlə razılaşır, amma görürsən ki, xanımı ölkəni dəyişmək istəmir. Belə incə nüanslar var”.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Ukraynanın “Minay” klubundan Rüstəm Əhmədzadəni də transfer edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI