Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ceyhun Bayramov Koreyanın yeni səfiri ilə bölgədəki vəziyyəti müzakirə edib

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yong ilə bölgədəki vəziyyəti müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, nazir Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib.

O, səfir Li Eun-Yongu təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.

Azərbaycan XİN başçısı iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.

C.Bayramov qarşı tərəfə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, mina təhlükəsi, işğaldan azad olunmuş ərazilərdəki həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Səfir Li Eun-Yong öz növbəsində qəbula görə C.Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.

Tərəflər Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, azad edilmiş ərazilərdə bərpa və yenidən quruculuq işlərinə Koreya şirkətlərinin cəlb edilməsi məsələləri müzakirə edilib.

Görüşdə habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI